Vergi Uçotu

Hesabat MMC  olaraq biz vergi ödəyicilərimizə vergi risklərini idarə etmək üçün vergi məsləhət xidmətləri də təklif edirik. Vergi qanunvericiliyi ilə bağlı korporativ müştərilərimizə yol xəritəsi təqdim edirik.

Vergi ucotunun qurulması zamanı ilk öncə müəssisənizdə aparılan vergi fəaliyyətinin tənzimlənməsi üçün tələb olunan ehtiyaclar müəyyən olunur. Çünki Biznesinizin uğurlu və uzunömürlü olması müəssisənizdə düzgün qurulmuş uçot sisteminizə bağlıdır.

Vergi uçotunun əsas funksiyaları tərəfimizdən sizin üçün qaydalara uyğun olaraq tərtib olunur :

  • ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq;
  • ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək;
  • vergi ödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək;
  • düzgün və dəqiq vergi hesabatlarını formalaşdırmaq;
  • vergi informasiyasının və vergi hesabatının formalaşdırılmasına nəzarət etmək.
  • Vergi uçotu üzrə göstırdiyimiz xidmətlər:
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Sosial Sığorta Haqqında Qanunu, Mülki Məcəllə və digər qanunvericilik aktlarına əsasən uçotun təşkili
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Məcburi dövlət sosial sığorta və statistika hesabatlarının hazırlanması
  • Vergi hesablamalarının optimallaşdırılması
  • Əmək haqqının hesablanması
  • Vergi yoxlamalarının müşayiət edilməsi
  • Müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi
Söhbətə başla
Sizə necə kömək edək?
Hesabat MMC
Salam dəyərli izləyici,
Hesabat MMC ilə əlaqə yaratdığınız üçün təşəkkür edirik!