İnsan resursları

Biz nəinki qanunvericiliyə əməl olunmasını təmin edir, həm də işçi qüvvəsinin səmərəli idarə olunması və təşkilatın böyüməsi üçün zəmin yaradırıq.

  • İşə qəbul, vəzifə dəyişikliyi, işdən çıxarılma, əməyin ödənişi, intizam tənbehləri, işçilərin autsorsinqi, xarici işçi qüvvəsinin cəlb edilməsi və s. daxil olmaqla, əmək qanunvericiliyi ilə bağlı istənilən məsələ üzrə məsləhət verilməsi;
  • İşçilərin şəxsi işlərinin, iş vaxtının uçotuna nəzarət mexanizminin, işçilərin qəbulu və işdən çıxarılması ilə bağlı sənədlərin yaradılması və idarə edilməsi, və imzalanmış kadr sənədlərinin arxivdə saxlanılmasının təşkil edilməsi ;
  • Məxfi məlumatların açıqlanmamasına dair sazişlərin hazırlanması;
  • Əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsi üçün hüquqi dəstək (vəzifə dəyişikliyi, iş rejiminin dəyişdirilməsi, əmək haqqı məbləğinin dəyişdirilməsi və digər prosedurlar üçün bütün lazımi sənədlərin hazırlanması)
  • Tələb olunan əməliyyatların EMAS portalında işlənilməsi (e-sistemdə işəgötürənin qeydiyyatı, işçilərin ştat cədvəlinin qeydiyyatı, işə qəbul və işdən çıxarma prosedurlarının icra edilməsi);
  • Məzuniyyət cədvəllərinin qeydiyyatı və idarə edilməsi;
  • Əmək münasibətləri sahəsində dövlət qurumları ilə qarşılıqlı əlaqə;



Söhbətə başla
Sizə necə kömək edək?
Hesabat MMC
Salam dəyərli izləyici,
Hesabat MMC ilə əlaqə yaratdığınız üçün təşəkkür edirik!