Hesabat MMC olaraq, biz maliyyə hesabatlarını yoxlamaq məcburiyyətində olan bütün şirkətlərə yüksək keyfiyyətli audit xidmətləri təqdim etməyə davam edirik.
Məqsədimiz iri miqyaslı beynəlxalq şirkətlərdən tutmuş orta və kiçik ölçülü dinamik şirkətlərə qədər geniş çeşiddə şirkətlərdə ən yüksək keyfiyyətli audit xidmətlərini təqdim etmək, həmçinin şirkətlərin sağlam və davamlı böyüməsinə töhfə verməkdir.
Şirkətlərin maliyyə vəziyyəti ilə bağlı məlumatların dəqiq və etibarlı olması çox vacibdir və bu etibarlılıq investorlar və digər maraqlı tərəflər üçün əsas rol oynayır. Bu məlumatlaırn əsasını auditor tərəfindən yoxlanılan maliyyə hesabatları təşkil edir.
Hesabat MMC olaraq biz bütün sektorlardan olan ekspertlərlə əməkdaşlıq edərək milli və beynəlxalq mühasibat uçotu və hesabat standartlarına uyğun hesabatların verilməsini təmin etmək üçün öz təcrübəmizi təklif edirik. Məcburi və ya könüllü audit maliyyə hesabatlarının müstəqil auditini aparmaqdan əlavə, biz həmçinin konkret məsələlər üzrə ekspert rəyləri hazırlaya və əminlik tələb edən məsələlərdə sizə kömək edə bilərik.
Tövsiyələrimiz və qiymətləndirmələrimizin işığında təmin etdiyimiz müstəqil təminat getdikcə mürəkkəbləşən iş dünyasında dəyərli dəstək və qoruma təmin edir.