Hesabat MMC rəsmi olaraq 23 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bu tarixdən etibarən şirkətimiz fəaliyyətə başlamış, sahibkarlara yüksək xidmət göstərərək onların güvənini qazanmış, qısa zaman kəsiyində rəğbət qazanaraq böyük konsaltinq şirkətinə çevrilmişdir.
Çünki məhz , şirkətimiz partnyor olduğu şirkətlərlə münasibətini güvən, etibarlılıq, peşəkarlıq, konfidensiallıq və qarşılıqlı məmnunluq dəyərlərinə əsaslanaraq qurur . Məqsədimiz əməkdaşlıq etdiyimiz şirkətləri maliyyə itkisindən qorumaq və daim onlara dəstək olmaqdır.